Yasamal Yaşayış Kompleksini su basdı: "Keyfiyyətsiz ve ucuz işin axırı budur" - NARAZILIQ

media-hightechnic-468x90

Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən Yasamal Yaşayış Kompleksini su basıb.

Yenicag.az xəbər verir ki, Yasamal Yaşayış Kompleksində su borusunun partlaması nəticəsində kompleksin həyətini su basıb.

Sakinlər isə sosial şəbəkələrdə su basqınının videosunu paylaşaraq öz narazılıqlarını ifadə ediblər.

Sakinlər, “MİDA Yasamal Yasayış Kompleksində dördüncü böyük su partlayışıdır. Üç gündür ki, kompleksi ard-arda su basır. Kompleksdə su tamamən kəsilir. Oldudca keyfiyyətsiz işin axırı budur. İnsanların ovuc-ovuc pul ödədiyi, ya da ömür boyu pul ödəcəyi bu evlərin tikintisində ciddi nöqsanların olması bütün sakinlərin haqlı narazılığına və narahatlığına səbəb olur”, – deyə sakinlər qeyd ediblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600