!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Yaşar Nurinin xanımı: “Efirə çıxıb o sözü işlətməmişəm ki, vəziyyətim ağırdır”

!Reklam – Yazi

Mərhum Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva ailəsinin sosial durumunun çətin olması ilə bağlı yayılan xəbərə münasibət bildirib.

O, Yenicag.az-a açıqlama verərək məsələyə belə aydınlıq gətirib:

“Yaşar Nurinin Azərbaycan mədəniyyəti tarixində tutduğu mövqedən irəli gələrək özümə sığışdırmaram ki, çətin durumda olduğumu bilib-bilmədən harda gəldi bu barədə danışılsın. Hansı problemləri yaşadığımı mənə dəstək olacaq adam zəng edib aydınlaşdıra bilər. Amma kənar adamların bilib-bilmədən nəyəsə rəy verməyi düzgün deyil. Biz Yaşarla çox yaxşı yaşamışıq. Ən çox sənət əsərləri yaradan və pul qazanan sənətkarlardan biri də Yaşar olub. Dünyasını dəyişəndən sonra mədəniyyət qurumlarından dəstək görmədim. Bu sıxıntı 9 il ərzində psixoloji vəziyyətimi daha da ağırlaşdırdı. Efirə çıxıb o sözü işlətməmişəm ki, vəziyyətim çətindir. Ailəmin mətbəxi mənə aiddir. Dəstəyi problemimi həll edəcək adamdan gözləyirəm. Telefonum açıqdır. Problemim Yaşarın yaradıcılığı və 70 illik yubileyi ilə bağldır”.

Qeyd edək ki, mərhum Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə xanım “Elgizlə izlə” proqramına qonaq olub.

Efirə telefonla bağlanan müğənni Zeynəb Dostəliyeva aktyorun ailəsinin maddi sıxıntısı olduğunu deyib.

Cəvahir

www.yenicag.az

1326
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv