Yaşar Yekebağcı: "Türk dünyasını mühəndislərin əli ilə yenidən inşa edəcəyik" - VİDEO
Bakıda IV Türk Dünyası Beynəlxalq Mühəndislik Sammiti öz işinə başlayıb.
Tədbirdə çıxış edən Türk Mühəndislər Dərnəyinin sədri Yaşar Yekebağcı Türk dövlətləri arasında texnoloji inteqrasiyanın yeni mərhələsini elan edib.
Yenicag.az xəbər verir ki, dərnək sədri Türk dünyasının mühəndislik potensialını birləşdirməyin strateji əhəmiyyətindən danışıb.
Yaşar Yekebağcı sammitin tarixçəsinə toxunaraq bildirib ki, Türkiyə (Ankara), Qazaxıstan və Kiprdən sonra dördüncü dayanacağın Bakı olması təsadüfi deyil: “Azərbaycanda, Bakıda olmaqdan və bu möhtəşəm tədbiri burada keçirməkdən böyük xoşbəxtlik duyuruq. Məqsədimiz Türk dünyasındakı texnoloji və mühəndislik inkişafını əl-ələ verərək daha irəliyə daşımaqdır.”













