Yaşayış məntəqələrinin qazlaşdırılmasına 100 milyon ayrıldı

media-hightechnic-468x90

Azərbaycan prezidenti İlham Əliyev yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Yenicag.az-ın məlumatına görə, 2018-ci ilin sonuna kimi ölkədə qazlaşma səviyyəsinin 95 faizə çatdırılması istiqamətində işlərin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.41.1-ci yarımbəndində göstərilmiş məbləğin 100 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılıb.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələlərin həlli, Maliyyə Nazirliyinə isə müvafiq məbləğdə maliyyələşmənin təmin edilməsi tapşırılıb.

 

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600