Yaşayış yerini tərk edən koronavirus xəstələri saxlanıldı

Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Balakürd kənd sakini Məhəmməd Zeynalov, Tatarlı kənd sakini Kənan Məmmədov və Qızılhacılı qəsəbə sakini Elman Məmmədov ev şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanları tərk etmələri müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, polis əməkdaşları dərhal onların rayon ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadıqları evə göndərib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.