!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Yaşıl dünya naminə media həmrəyliyi” mövzusunda müsabiqə

!Reklam – Yazi

Bu ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması, o cümlədən, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə təşkil edilməsi ilə əlaqədar müvafiq istiqamətlərlə bağlı məlumatların həm ölkədaxili, həm də ölkəxarici auditoriyaya düzgün və effektiv ötürülməsində, ictimai və sosial maarifləndirmə, eləcə də təbliğat və təşviqat məsələlərində medianın peşəkar fəaliyyəti əhəmiyyətli rola malikdir.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən müsabiqə aşağıda qeyd edilən bir sıra məqsədlər əsasında elan edilir:

  • Yerli onlayn media subyektlərinin fəaliyyətində dayanıqlı təcrübələrin tətbiqinin təşviqi;
  • Müvafiq mövzu ilə əlaqədar həyata keçirilən maarifləndirmə və təbliğat işlərinin əhatə dairəsinin genişləndirilməsi;
  • Ekoloji məsələlərlə bağlı müxtəlif istiqamətlərdə maarifləndirmənin artırılması;
  • Veb-sayt və sosial media hesablarında müxtəlif kampaniyaların təşkil edilməsi;
  • Media subyektləri tərəfindən dayanıqlı təcrübələrin fəaliyyətdə tətbiqinin stimullaşdırılması.

Müsabiqədə müəyyən edilmiş istiqamətlər üzrə yüksək nəticə göstərən onlayn media subyektləri Azərbaycan Milli Mətbuatının 149-cu ildönümü ərəfəsində “Green certificate” ilə təltif olunacaqlar.

Müsabiqədə iştirak etmək üçün onlayn media subyektləri tərəfindən müvafiq məlumatların əks olunduğu müraciət forması doldurularaq [email protected] elektron poçt ünvanı vasitəsilə Medianın İnkişafı Agentliyinə təqdim edilir.

Müsabiqəyə müraciət qəbulu 10 iyul 2024-cü il saat 18:00-dək davam edəcəkdir.

COP29

www.yenicag.az

144
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv