Yaxın Şərqdə GƏRGİNLİK: İsrail ordusu Hizbullahın hərbi obyektlərini sıradan çıxardı

media-hightechnic-468x90

İsrail ordusu Livanın cənubunda Hizbullahın ən strateji nöqtələrini hədəf alan genişmiqyaslı hava hücumu həyata keçirib.

media-banner_tkm

Yenicag.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, İsrail Müdafiə Qüvvələri (İDF) Hizbullahın elit hərbi qanadı sayılan “Radvan” xüsusi təyinatlı qüvvələrinin istifadə etdiyi obyektləri darmadağın edib.

Məlumata görə, əməliyyat zamanı Hizbullahın Livanın cənubunda yerləşən bir neçə iri silah-sursat anbarı və logistik mərkəzləri dəqiq zərbələrlə sıradan çıxarılıb.

İDF-nin mətbuat xidməti bildirib ki, bu zərbələr Hizbullah tərəfindən İsrailin mülki əhalisinə və hərbi heyətinə yönəlmiş birbaşa təhlükəni aradan qaldırmaq məqsədi daşıyır. Qeyd olunur ki, Hizbullahın elit bölmələrinin və silah anbarlarının vurulması qruplaşmanın hücum potensialına ciddi zərbə vurub.

Hazırda Livanın cənub sərhədlərində gərginliyin ən yüksək həddə olduğu bildirilir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05