Yaxın Şərqdə kartlar yenidən PAYLANIR – Masada Qəzza MƏSƏLƏSİDİR

media-hightechnic-468x90

“İstənilən müdaxilə vəziyyəti daha da gərginləşdirəcək və çox böyük faciələrə yol açacaq ekskalasiyaya səbəb olacaq”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı, Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHDP) sədr müavini Elçin Mirzəbəyli deyib.

media-elcin

O, İsrailə qarşı birlik nümayiş etdirən Yaxın Şərq ölkələrinin əsas hədəfindən danışıb.

Deputat bildirib ki, Yaxın Şərqdə davamlı sülhə və təhlükəsizliyə nail olmağın yolu dialoqdan və qarşılıqlı razılaşmalardan keçir:

“Bu baxımdan, Yaxın Şərq ölkələri ənənələrinə uyğun bəyanat verməkdənsə, insan ölümlərinin qarşısının alınması və BMT Baş Assambleyasının iki dövlət prinsipi əsasında həll təklifinin həyata keçirilməsi istiqamətində ciddi və davamlı, siyasi təhdid ritorikasından uzaq addımlar atmalıdırlar. Şübhəsiz ki, hazırda Qəzzada baş verənlər insanlıq üçün böyük faciədir. Amma nə qədər ağır olsa da, mövcud vəziyyətin yaranma səbəbləri ciddi təhlil edilməli və aradan qaldırılması istiqamətində əməli addımlar atılmalıdır”.

Millət vəkili onu da vurğulayıb ki, eskalasiya real görünməsə də, baş verməsi qitəni, bəlkə də bütövlükdə Avrasiyanı dəhşətli fəlakətlərə sürükləyə bilər:

“Hazırkı vəziyyətdə problemin lokal əməliyyatlar müstəvisində həlli mümkün deyil. İstənilən müdaxilə vəziyyəti daha da gərginləşdirəcək və çox böyük faciələrə yol açacaq eskalasiyaya səbəb olacaq. Yeganə yol Amerika Birləşmiş Ştatlarının daha fəal vasitəçiliyi ilə dialoq formatının qurulması, yeni qarşıdurmalara yol aça biləcək qeyri-legitim təsisatların neytrallaşdırılması və yalnız rəsmi dövlət qurumlarının iştirakı ilə həll variantının tapılmasıdır”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa