Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Yaxın Şərqdə yeni konfiqurasiya: İsrail tərəfdarları və əleyhdarları üz-üzə dayanıb

Reklam: Sinerji Pro

Qətər ətrafında gərginliyin getdikcə artdığı indiki şəraitdə “Böhran dairəsi”nə daxil olan ölkələrin sayı çoxalır.

Səudiyyə Ərəbistanı və müttəfiqləri tərəfindən Qətərə diplomatik müharibə elan olunduqdan sonra buna ilk reaksiyanı İran və Türkiyə verdi. Hər iki ölkə rəsmi Dohanı açıq şəkildə dəstəklədi.

İran və Türkiyə tərəfindən Dohaya dəstək veriləcəyindən Ər-Riyadın xəbərsiz olacağını düşünmək sadəlövhlük olardı. Obama administrasiyası dövründə Səudiyyə Ərəbistanı açıq şəkildə Qətərə qarşı çıxmağa cəsarət etmirdi. Belə ki, məhz Qətər Yaxın Şərqdə ABŞ siyasətçilərinin və Avropa liberallarının avanqardı sayılırdı.

Donald Tramp isə sələfinin siyasətinə zidd olaraq, İsraili dəstəkləməklə Səudiyyə Ərəbistanının liderliyini qumara qoydu və bununla da hər şey bir-birinə qarışdı. Qüvvələrin yenidən qruplaşması şəraitində Qətər “şər oxu”nun tərkibinə keçdi. İran və Türkiyə çoxdan bu qruplaşmada yer alırdı. ABŞ isə Trampın liderliyi ilə yenidən antiİran qruplaşmasına yön aldı.

Tramp özünün “Tvitter” səhifəsindəki yazısında Yaxın Şərqə səfəri zamanı radikal ideologiyanın maliyyələşdirilməsinin yolverilməz olduğunu bildirib. O, Qətərə eyham vuraraq bunları qeyd edib:

“Onlar bildirdilər ki, ekstremistlərin maliyyələşdirilməsinə qarşı sərt mövqe tutacaqlar. Bütün xatırlatmalar Qətərə işarə edirdi. Ola bilsin ki, bu, terrorizm dəhşətinin sonu olacaq”.

Ağ Ev rəhbəri ilə Qətər əmirinin sonrakı danışıqları da heç bir nəticə vermədi. Vaşinqtona çağırılan əmir bu dəvətdən imtina etdi. Bu isə Vaşinqton üçün açıq təhqir hesab oluna bilər.

Belə bir şəraitdə, Türkiyə parlamenti Qətərdə hərbi kontingentin yerləşdirilməsi haqqında qanun layihəsini qəbul etdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə böyük məmnuniyyətlə onu təsdiqlədi.

Qətərdə türk hərbçilərinin yerləşdiriləcəyi haqqında məlumat yayıldıqdan dərhal sonra Pakistanın Qətərə 20 minlik kontingent göndərmək istəyinə dair iddialar gündəmə gəldi. Əgər bu məlumat təsdiqlənsə, bu o deməkdir ki, Səudiyyə Ərəbistanının ərəb dünyasında liderliyi, eləcə də müsəlman aləmində əsas ölkə statusuna yenidən baxılıb. Artıq sadəcə, husilərin Səudiyyə Ərəbistanının tam axırına çıxacağı zamanı gözləmək qalıb.

Hazırda Avropada yaşayan çeçen əsilli enerji geosiyasəti üzrə ekspert Rüstəm Semeyev Yenicag.az-a Qətər ətrafındakı vəziyyəti şərh edib. O, bildirib ki, Qətərin enerji siyasəti ümumiyyətlə, Səudiyyə Ərəbistanı və Rusiyanın maraqlarına ziddir. Bu siyasət İran üçün uyğun olmasa da, Türkiyə üçün faydalı ola bilər.

Ekspertin sözlərinə görə, Qətər yüksək səviyyədə “Böyüklərin oyunu”nu həyata keçirir. O baxımdan, Qətərin öz daxilindəki islahatlarla əlaqədar Səudiyyə Ərəbistanının kral ailəsi ilə mübahisələri yaranıb. Ailə hazırki əmirin atasını fiziki və faktiki olaraq təhqir etdi. Bundan əlavə, atasını istefaya getməyə məcbur edərək hazırki əmiri hakimiyyətə gətirən də məhz Səudiyyə Ərəbistanıdır. Lakin son nəticədə Türkiyə və İranın, eləcə də şərti “rokfellerlər”in dəstəyini qazanan Qətər Səudiyyə Ərəbistanından qisas almağa başladı.

Ekspert qeyd edib ki, Trampın regionda mübarizə aparan tərəflərdən yalnız birinə səfər etməsi də simvolik məna daşıyırdı. Hazırda Səudiyyə Ərəbistanı və sünni ittifaqının “Fələstin layihəsi”ni bağlayaraq İsraili tanımağa hazır olduqları bir vaxtda, yəqin ki, Böyük İsrail İŞİD və İrana qarşı diktaror rejimini nəzarəti altına götürəcək.

Qətər Yaxın Şərqdə və Körfəzdə “qlobalistlər”in parlaq nümayəndəsi olaraq, “idarəolunan xaos”da çox maraqlı tərəfdir. Qətər elitası netokratiya və “Əl-Cəzirə” kimi KİV-ləri vasitəsilə qaz qiymətlərinin yüksək olduğu zamanda bir sıra ölkələrlə birgə “ərəb inqilabları”nı yönləndirirdi. Bundan əlavə, Qətər İran,Türkiyə və “ixvanlar”la bir sırada “antiisrail alyansı”na daxil olan əsas ərəb ölkələrindən biri idi.

Qətər “antiİsrail alyansı”nın digər iştirakçıları ilə birgə ona kəsilən cəzanı çəkir. Səudiyyə ilə Qətərin hakim sülalələri arasında mübahisənin kökü isə qədim dövrlərə gedir. Lakin artıq yuxarda qeyd etdiyimiz müttəfiqlərinin dəstəyini alan Qətər eyni oyunu davam etdirməyə başlayıb. Hazırda isə hər kəs öz problemlərilə məşğuldur. Qətərin artıq Obama administrasiyası timsalında “qoruyucusu” olmadığı üçün ona hücum edildi. Bundan isə yalnız İŞİD faydalanacaq.

Başqa heç kəs buradan qazanc əldə edə bilməyəcək. Enerji daşıyıcılarının qiymətinin ucuzlaşması ABŞ-ın siyasi və strateji qərarıdır. Başqa yolla isə Qətərə zərbə endirmək olmaz. Çünki onun “Əl-Cəzirə”si, “qlobalistlər”i, netokratları var və o, həm regionda, həm də bütün dünya üzrə hər sahəyə sərmayə yatırıb. Odur ki, kimin kimə qalib gələcəyini indidən demək çətindir.

Yenicag.Az

www.yenicag.az

633
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100