!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaxın Şərqdə yeni OYUNÇU: “Türkiyənin nəzarətindən kənar burada heç nə baş vermir”

!Reklam – Yazi

“Bu məsələdə Qərb və ABŞ-nin Türkiyənin yanında olacağına heç şübhə yoxdur”.

Bunu Yenicag.az-a açıqlamasında Suriyadakı hadisələrdən sonra Yaxın Şərqdə baş verə biləcək proseslərdən danışan politoloq Əlimusa İbrahimov deyib.

Onun sözlərinə görə, Suriyada baş verən hadisələri yeni dünya nizamının qurulması istiqamətində yeni addım kimi qiymətləndirmək olar

“Belə ki, bir əsrə yaxın vaxtda Yaxın Şərqdə iki qlobal güc nəzarət edirdi. Bu güclərdən biri SSRİ və ya Rusiya, digəri isə ABŞ idi. Suriya hadisələri ortaya yeni oyunçu çıxardı, yəni Türkiyə. Hazırda Türkiyənin nəzarətindən kənar burada heç bir hadisə baş vermir. Ankara bu hadisələr fonunda regional oyunçudan qlobal aktora yüksəlib”.

Analitik əmindir ki, hazırda Ankaranın qarşısında duran əsas məsələ 10 ildən artıq xaosun hökm sürdüyü ərəb və müsəlman ölkəsində həyatı normal vəziyyətə qaytarmaqdır:

“Yanaşı olaraq Türkiyə öz strateji maraqlarını da nəzərdən qaçırmamalıdır. Belə ki, vəziyyətin normallaşmasına yardım edə biləcək bütün ölkələrlə konstruktiv əməkdaşlığa hazır olmalıdır. Görünən odur ki, digər qlobal güclər də bu məsələdə Türkiyəyə yardım etməyə çalışır. Lakin problemlər çoxdur. Xaosa son qoymaq, terror qruplarını zərərsizləşdirmək prioritet məsələdir. Bunlar həll olmadan demokratik, bütün siyasi qüvvələrin daxil olduğu inkluziv dövləti qurmaq mümkün deyil. Türkiyə üçün isə əsas məsələ PKK-nın törəmələri olan PYD kimi kürd terror qruplarını dağıtmaqdır. Rusiya və İranın Suriya üzərindəki təsirlərini azaltmaq da qarşıda duran vəzifələrdəndir. Bu məsələdə Qərb və ABŞ-nin Türkiyənin yanında olacağına heç şübhə yoxdur”.

Nəsimi Ələsgərli

www.yenicag.az

94
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv