!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yay mövsümündə meyvə qəbulu QAYDALARI: Yanlış qidalanma bu xəstəlikləri yaradır – XƏBƏRDARLIQ

!Reklam – Yazi

Hazırda yaz-yay mövsümünü yaşayırıq. Bu dövrdə payız-qış mövsümü ilə müqayisədə insanlar daha çox meyvə qəbuluna diqqət yetirir. Lakin bəzi insanlar meyvə qəbulunda nisbətən məlumatsız olurlar.

Bu məlumatsızlıq daha çox meyvənin nə zaman və nə qədər yeyilməsi haqqında olur. Bəs yaz-yay mövsümündə meyvə qəbulu necə olmalıdır?

Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən sağlam qidalanma üzrə mütəxəssis Fərid Səfərov deyib ki, biz meyvəni günün istənilən vaxtı, sərin halda, bol-bol, limitsiz şəkildə yeyirik, lakin bunun nəticəsinin də olduğunu düşünmürük:

“Havalar isindikcə sevimli meyvələrimizin də mövsümü gəlib çatır. Günün istənilən vaxtı, sərin halda bol-bol limitsiz şəkildə yeyirik, ancaq bunun nəticəsinin də olacağını düşünmürük. Yay meyvələri – qarpız, yemiş, şaftalı, ərik, əncir, üzüm, gavalı, alça olduqca ləzzətli və faydalı meyvələrdir. Lakin unutmaq olmaz ki, həm də tərkibində şəkər miqdarı çoxdur. Təbii ki, normadan artıq qəbulu da qan şəkərinin yüksəlməsinə, çəki artımına səbəb ola bilər. Üstəlik bu cür şirin meyvələri günün istənilən vaxtı da yemək düzgün deyil. Bu, həzmsizlik, şişkinlik və yuxusuzluq yaradır. Ona görə də yaxşı olardı ki, yay meyvələrini günün səhər saatlarında, səhər yeməyi zamanı yeyilsin. Sağlam qidalanaraq, sağlam yaşayın!”

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

440
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv