!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yayda maşınlara TEXNİKİ QULLUQ: "Vaxtında nəzarət etməsək..." - RƏY

!Reklam – Yazi

Yay aylarında avtomobillərdə daha çox texniki nasazlıq olur. İstər mühərriklərin qızması, istərsə də vaxtında servisə aparmamaq aktual problemlərə səbəb olur.

Bəs maşınlarda daha az problemin yaranması üçün nələrə nəzarət etməliyik?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, avtomobillərə qulluq ildə iki dəfə mütləq lazımdır:

“Əks halda nəqliyyat vasitəsi tez-tez sıradan çıxacaq. Qış və payız mövsümlərində məcburi olaraq texniki cəhətdən qulluq təmin etmək lazımdır. Amma yay aylarında bəzi sürücülər buna əhəmiyyət vermir. İsti aylarda texniki qulluq elə qışa hazırlıqdır. Məsələn, mühərriklərin əyləc sistemini, sükan mexanizmini, soyuducu mayenin hərəkəti və s. yoxlatmaq zəruridir.

Daha sonra nəqliyyat vasitələrini idarə edən zaman sürücünün səhhətini nəzərə almaq lazımdır. O isti havada maşın sürə bilirmi? İstiyə dözümü varmı? Neçə ildir maşın sürür?

Bu amillərin hamısına vaxtında nəzarət etmək lazımdır ki, sonradan uzun müddətli problemlər yaranmasın”.

Şahanə Paşa

www.yenicag.az

257
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv