!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yayda ucuz və keyfiyyətli istirahət etmək üçün VACİB MƏSLƏHƏTLƏR

!Reklam – Yazi

Qarşıdan isti aylar gəlir. Bu vaxtlarda hər kəs istirahət üçün plan qurur. Elə şəxslər var ki, istirahət etmək üçün ciblərinə uyğun qiymətə yer axtarırlar.

Bəs vətəndaşlar dincəlmək üçün hansı yerlərə üz tutsalar bu, onların büdcələrinə də uyğun olar?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan turizm üzrə ekspert Göydəniz Qəhrəmanov bildirib ki, ilk addım öncədən rezervasiya etməkdir:

“Yaxşı olar ki, istirahət planı quran vətəndaşlar öncədən rezervasiyalarını həyata keçirsinlər. Məsələn, Türkiyə istiqamətinə demək olar ki, dekabr-yanvar ayından erkən rezervasiyalar başlayıb. Həmin tarixlərdə yaya əldə olunan tur paketlərinə təxmini 30-40% endirimlər var idi”.

Ekspert müştərilərin çox vaxt sezon ərəfəsində müraciət etdiklərini, bu səbəbdən qiymətin daha yüksək olduğunu açıqlayıb:

“Belə olduqda da həmin istiqamətlərdə otellərin az olması qiymətlərin daha baha olmasına gətirib çıxarır. Ona görə öncədən rezervasiyalar hər zaman həm seçim üçün çox imkan verir, həm də qiymət baxımından daha əlverişli olur.

Ümumiyyətlə, pandemiyadan sonra yaxşı dinamika gedir. Səfər edənlərin sayı get-gedə artır. Doğrudur, 2019-cu ilin statistikası deyil, lakin ona yaxınlaşır. Hal-hazırda da Türkiyə və Avropa ölkələri öz populyarlığını qoruyub saxlayır”.

Ekspert, həmçinin, daxili turizmin də çox inkişaf etdiyini vurğulayıb:

“Vətəndaşlar istirahət üçün regionlara da üz tuturlar. Bu yaxşı haldır. Yay tətilində Qəbələ, İsmayıllı, Şəki, Lənkəran, Quba, Qusar, Gəncə kimi istiqamətlər çox populyarlaşır. Ora gedən turistlərin sayı da get-gedə artır. Bu da yaxşı göstəricidir. Regionlar açılan yeni otellər, yolların düzəldilməsi kimi faktorlar turizmin inkişafına dəstəkdir”.

COP29

www.yenicag.az

127
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv