“Yayda mövsümündə açıq havada restoranlarda, istirahət mərkəzlərində sifariş olunan qidalarda əsas diqqət olunması lazım olan məqam yeni bişirilən və daha çox qarışıq olmayan qidalar olmasıdır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında yay fəslində qidaların saxlanma şəraiti və diqqət olunması lazım olan məqamlar haqda danışan sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.
Onun sözlərinə görə, yayda temperatur yüksək olduğu üçün qidaların saxlanma şəraitinə və bişirilməsinə mütləq şəkildə diqqət etmək lazımdır:
“Xüsusilə, risk qrupuna aid olan qidalar sırasında ət və süd məhsullarını göstərmək olar. Həmin qidaları saxlanma şəraitinə uyğun olaraq, soyuducuda saxlanılmalı, donu açıldıqdan sonra birdəfəlik istfadə üçün hazırlanmalı, eyni zamanda, bişirilmə zamanı birdəfəlik istifadə üçün bişirilməlidir ki, sonraya saxlanılmasın. Xüsusilə, mayonez, xama və digər əlavələrlə hazırlanan salatlar var ki, bunlar istifadədən sonra dərhal soyucuduya qoyulmalıdır. Əks halda, otaq temperaturunda qalarsa, onların tərkibində mikribioloji çirklənmələr baş verir. Bu da daha sonra da zəhərlənməyə səbəb olar bilir”.
Mütəxəssis qeyd edib ki, öncədən hazırlanmış qidalar və salatlar hər zaman risk mənbəyidir:
“Yarımfabrikat qidalar-mağazalardan hazır alınmış qidalar var ki, onları qəbul etdikdə orqanizmdə immun sistemi aşağı düşür, həzm sistemi pozulur. Həmin məhsulların uzun müddət saxlanılması üçün kimyəvi maddələr vurulduğundan yayda daha tez xarab olmağa məruz qalır ki, bunlara da diqqət yetirmək vacibdir. Yayda mövsümündə açıq havada restoranlarda, istirahət mərkəzlərində sifariş olunan qidalarda əsas diqqət olunması lazım olan məqam yeni bişirilən və daha çox qarışıq olmayan qidalar olmalıdır. Öncədən hazırlanmış qidalar və salatlar hər zaman risk mənbəyidir”.
İsmayıl Bakuvi
www.yenicag.az