!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yayın gəlişi, turizm sezonu: "Qiymətlərdəki dəyişiklik..." - AÇIQLAMA

!Reklam – Yazi

Bildiyimiz kimi, artıq yay fəsli gəlib. Bu səbəblə də əhalinin çoxu ya istirahət etməyi planlaşdırır, ya da artıq başlayıb. Həmçinin ölkəmizə də xeyli turistlər gəlir. Hələ yayın bitməsinə aylar var. Amma indidən turizm sezonu açılıb və insanlar müxtəlif ölkələrə üz tutur.

Bəs bu il Azərbaycanın ümumi turizm səviyyəsi hansı yerdədir? Qiymətlərdə dəyişiklik gözlənilirmi?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən turizm eksperti Əziz Şiriyev bildirib ki, hər dəfə bir problem yaşanandan sonra turizm ehtiyacı yaranır:

“Məsələn, koronavirus yaşandı, müharibələr oldu. İnsanlar istirahət etmək, dincəlmək istəyir. Bizim sonuncu apardığımız araşdırmalara görə, insanlar qrup şəklində xaricə getməyə daha çox üstünlük verir. Burada dil bilikləri də rol oynayır. Bəzilərinin fobiyası var. Buna görə də ətraflarında insan istəyirlər. Qarşıdan da Qurban bayramı gəlir. Otellərdə demək olar ki, yer yoxdur. Qiymətlərdə ciddi bir dəyişiklik yoxdur. Ancaq cüzi dəyişikliklər var. Bu da təbii ki, inflyasiya, bazar qiymətlərinin və s. artmasından dolayı qaynaqlanır. Yenə də kütləvi şəkildə maraq var”.

Şahanə Paşa

www.yenicag.az

300
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv