!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yəmənin paytaxtında vəba epidemiyası ilə əlaqədar fövqəladə vəziyyət elan olunub

!Reklam – Yazi

Yəmənin paytaxtı Sənada vəba epidemiyası ilə əlaqədar fövqəladə vəziyyət elan olunub.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, ölkənin Səhiyyə nazirliyi humanitar təşkilatlara müraciət edərək yardım istəyib.

Bildirilir ki, müharibə vəziyyətində yaşayan ölkə epidemiyanın öhdəsindən təkbaşına gələ bilmir.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin hesablamalarına əsasən, Yəmənin 14 vilayətində 8,5 mindən çox insan vəbaya yoluxub.

Yəməndə üsyançı husilər, sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən ordu qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü ildən davam edir.

Yeniçağ.Az

www.yenicag.az

771
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv