Yeni baş prokuror parlamentdə ilk çıxışını etdi

media-hightechnic-468x90

Yüksək etimad göstərərək məni Baş prokror vəzifəsində təqdim etdiyi üçün ölkənin siyasi rəhbərliyinə, Cənab Prezident İlham Əliyevə və bu təqdimatı dəstəklədiyi üçün Milli Məclisin deputatlarına dərin təşəkkürümü bildirirəm.

Yenicag.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin təqdimatına əsasən Baş prokuror vəzifəsinə namizədliyi irəli sürülən Kamran Əliyev Milli Məclisdə çıxışı zamanı deyib.

K.Əliyev çıxışında ölkənin iqtisadi-siyasi inkişafı, məhkəmə-hüquq sistemində aparılan islahatlara toxunaraq bildirib ki, islahatlar prokrorluq orqanlarında da davam etdirirlir:

“Aparılan islahatlar Prokrorluq qarşısında ümdə vəzifələr qoyub. Bunlar bütün cinayət əməllərinə qarşı fəaliyyət, güc strukturları ilə əməkdaşlıq, insan hüquq və azadlıqlarının qorunması, kölgə iqtisadiyyatına qarşı aparılan işlərdə yaxından iştirak etmək, korrupsiyaya qarşı fəaliyyət, beynəlxalq əməkdaşlıqların gücləndirilməsi və digər məsələlərdir”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600