“Yeni Çağ” yazdı, özbək “ekstrasens” saxlanıldı
Bakıda “Bİ ES VİP” estetik klinikasında izdihama səbəb olan özbək “həkim” polis əməkdaşları tərəfindən saxlanılıb.
Yenicag.az xəbər verir ki, bu barədə məlumatı DİN-in Mətbuat xidməti yayıb.
Belə ki, klinikada xəstələri əl enerjisi ilə müalicə etdiyi deyilən özbək əsilli, “Bionurun sahibi” kimi tanınan İqbol Soliyev adlı “həkim”in qəbulu keçirilib.
Qeyd edək ki, bu gün səhər Yenicag.az bu şəxs başda olmaqla ölkəmizdə “cin çıxaran” dələduzlardan bəhs edən yazı yayımlayıb. Günün ikinci yarısında o dələduzlardan ən məşhurunun saxlanılması dövlətin bu məsələdə ayıq-sayıqlığının göstəricisidir.













