!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Yeni Çağ" zəlzələ fəlakətinin yaşandığı Adanada - FOTOLAR

!Reklam – Yazi

Dünən günortadan etibarən Türkiyənin Qəhrəmanmaraş, Hatay, Osmaniyə, Qaziantep, Malatya və Şanlıurfa vilayətlərində olduğu kimi, Adanada da bir neçə dəfə baş verən zəlzələnin fəsadları olduqca ağırdır.

Yenicag.az-ın Türkiyə bürosu xəbər verir ki, Adanada ümumilikdə 24 bina çöküb. Bu saatlaradək olan statistikaya əsasən 100 nəfərə yaxın Adana sakini həyatını itirib. 1100 nəfərdən artıq ağır yaralı var.

Qeyd edək ki, bu zəlzələ Türkiyənin 10 vilayətində təxminən 13,5 milyon insanın yaşadığı bölgəyə təsir edib. İndiyədək 3500 nəfərə yaxın insan həyatını itirib, 22.000 min vətəndaş yaralanıb.

Rəsmi açıqlamaya əsasən, zəlzələ nəticəsində ümumilikdə 6 mindən artıq bina tamamilə yerlə-yeksan olub. Zəlzələ baş verən ərazilərdə mindən artıq axtarış-xilasetmə personalı olmaqla 24 mindən artıq şəxsi heyət çalışır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarına əsasən ölkədə 7 gün milli matəm elan olunub. Bu səbəbdən 12 fevral axşamına qədər Türkiyədə bayraqlar yarıya endirilir. Türkiyənin Milli Müdafiə Nazirliyinin hərbi gəmisi də yaralıları İsgənderun limanından Mersin bölgəsindəki xəstəxanalara daşıyır.

Türkiyədəki bu təbii fəlakət, 1939-cu ildə baş verən Ərzincan zəlzələsindən sonra ən büyük fəlakət hesab olunur.

Natiq Çıraqzadə – Türkiyə / Adana

www.yenicag.az

1349
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv