Yeni CƏRİMƏ: “Ara məsafəsi saxlamayanlara...” – VİDEO
“Ara məsafəsi saxlamayan sürücülərə qarşı xüsusi tənbeh, yəni cərimə qaydası həyata keçirilməlidir”.
Bunu Yenicag.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.
O, avtomobillər arasında ara məsafəsinin saxlanmasının əhəmiyyətindən danışıb.
Nəqliyyat eksperti bildirib ki, avtomobilin və yolun vəziyyətinə, həmçinin təcrübəyə əsasən, məsafə tənzimlənməlidir.
“Elə sürücülər var ki, heç magistralda belə ara məsafəsi saxlamır və təhlükəli vəziyyət yaradır. Həmin sürücülər ya təcrübəsizlikdən, ya da məsuliyyətsizlikdən, ya da bilərəkdən qayda pozuntusu edirlər. Belə sürücülərə görə isə ağır qəza baş verir və faciə yaşanır”, – deyə o bildirib.
Xatırladaq ki, İspaniyada avtomobillərin ara məsafəsinin ən azı 70 metr saxlanılmasında qərar qəbul olunub.
Ətraflı videomaterialda:
Nəsimi Ələsgərli
Samir Məcidov