Pula görə səsini dəyişərək özünü qadın kimi təqdim edən oğlan ifşa olunub.
Yenicag.az xəbər verir ki, hadisə Rusiyanın Penza şəhərində baş verib. Oğlan pul müqabilində müştəriləri aldatmaq üçün səsini dəyişərək özünü qadın kimi göstərib.
24 yaşlı Penza sakini intim xidmətlərin reklamı üçün vebsayt yaradıb. O, zənglərə şirin bir xanımın səsi ilə cavab verib (nümunə videonun sonunda).
Gözəl qadın səsindən ağlını ititrmiş müştərilər ödənişi əvvəlcədən köçürüblər. Lakin tezliklə onlara zəng vurulub və kişi səsi ilə qadına əlavə ödəniş etməyi tələb ediblər.
İkiqat dələduzluq edən gənc aldananların sorğularına cavab verməyib.
Ətraflı videoda:
Xuraman Etibarlı
www.yenicag.az