“Azərbaycanın ərazi bütövlüyü təmin olunduqdan sonra hazırda ilk parlament seçkiləri keçirilir”.
Bunu Yenicag.az-a açıqlamasında sentyabrın 1-i keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra gözləntilərdən və mümkün dəyişikliklərdən danışan 26 saylı 1-ci Sabunçu seçki dairəsindən namizədliyini irəli sürən Fazil Mustafa deyib.
Onun sözlərinə görə, yeni parlamentin tablosu üzə çıxandan sonra hansı dəyişikliklərin baş verəcəyini söyləmək daha doğru olar.
“Bütün hallarda nəzərə almaq lazımdır ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunduqdan sonra hazırda ilk parlament seçkiləri keçirilir. Bu faktın özü belə yeni parlamentin yeni dönəmə fərqli obrazda təqdim olunmasını ehtiva edir.
Ümid edirik ki, daha güclü fəaliyyət və parlament diplomatiyasının inkişafını görəcəyik.
Ciddi dəyişikliklər isə əsas qanunvericilik istiqamətində atılacaq addımların parlament səviyyəsində dəstəklənməsi və Azərbaycanın gələcəyi üçün mühüm irəliləyişlərlə müşahidə olunacaq”, – deyə o bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az