“Yeni dünya nizamında Azərbaycan və TDT əsas güc olacaq” – Latif Akça

media-hightechnic-468x90

“Siyasəti gözlətmək olmaz, çünki düşmən yatmır, biz də hər zaman oyaq olmalıyıq”.

Bunu Yenicag.az-a videomüsahibəsində Şimali Kipr Türk Respublikasının Prezident Administrasiyasının Vətəndaş Cəmiyyəti Təşkilatları üzrə kommunikasiya koordinatoru Latif Akça deyib.

O, Şimali Kiprin Türk Dövlətləri Təşkilatında liderlər səviyyəsində qazandığı mövqenin və müşahidəçi statusuna qəbul edilməsinin regional və Türk Dünyası üçün əhəmiyyətindən, Zəngəzur dəhlizinin türk dövlətləri üçün önəmindən, ümumilikdə isə sülh prosesinin beynəlxalq vacibliyindən danışıb.

L. Akça bildirib ki, 1963-cü ildən bəri izolyasiya və sanksiya altında yaşayan xalqın övladları olaraq, bizim üçün TDT-də müşahidəçi statusuna yüksəlmək çox önəmli idi:

“Doğrudur, bu gün müşahidəçi üzv ola bilərik. Lakin Şimali Kipr Türk Cümhuriyyəti Azərbaycan və Türkiyənin dəstəyi ilə sabah daimi üzv olaraq yerini alacaq. Yaşlanan Avropaya qarşı TDT-nin itici qüvvə olacağını düşünürəm. Yeni dünya nizamının formalaşmasında da öz yerini ən yaxşı formada alacaqdır!”, – deyə o vurğulayıb.

Latif Akça həmçinin Zəngəzur dəhlizinin Türk Dünyası üçün əhəmiyyəti və sülh prosesinin vacibliyinə toxunub:

“İqtisadi və ticarət əlaqələri baxımından Zəngəzur dəhlizinin reallaşması uzun illərdir gözlənilən proses idi. Qarabağın azad edilməsindən sonra əhval-ruhiyyəsi daha da yüksələn Azərbaycan var indi. Yeni dünya nizamının formalaşmasında Azərbaycanın daha güclü yer alacağını düşünürəm. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dünyası birliyi üçün birgə atdığı addımlar bizlərə böyük ümid olub”, – deyə o yekunlaşdırıb.

Ətraflı videomaterialda:

Nəsimi Ələsgərli
Samir Məcidov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa