Yeni keçid istifadəyə verilir

media-hightechnic-468x90

74201Paytaxtın Babək prospekti ilə Telnov küçəsinin kəsişməsində tikilən yeni yeraltı piyada keçidinin tikintisi başa çatmaq üzrədir. Keçiddə son tamamlanma işləri aparılır.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, artıq əsas işlər yekunlaşıb. Hazırda tavan hissəsinin rənglənməsi, işıqlandırma sisteminin və məhəccərlərin quraşdırılması işləri gedir.

Qeyd edək ki, keçidin uzunluğu 88, eni 8, hündürlüyü 3 metrdir. İki giriş-çıxışı olacaq keçiddə əlil arabalarının hərəkəti üçün xüsusi yer, müasir işıqlandırma, qrunt sularının kənarlaşdırılması üçün nasosxana nəzərdə tutulub.

Oktyabr ayının sonuna kimi bütün işlər yekunlaşacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa