Yeni MİQRANT QANUNU: “Bəzi azərbaycanlılar düşünür ki, Rusiyada küçə süpürmək daha “adlı-sanlı”dır”

media-hightechnic-468x90

“Rusiya öz daxilində nə edir? Xarici ölkə vətəndaşlarının onun ərazisinə necə gəlib-getməsini müəyyən edir? – bu məsələ bizi o qədər də narahat etməməlidir. Rusiya suveren və müstəqil dövlətdir, özü üçün qaydalar müəyyənləşdirir. Təbiidir ki, Azərbaycan Respublikası da Rusiyaya münasibətdə eyni qaydaları tətbiq edə bilər və Rusiya buna görə bizə irad bildirə bilməz”.

Bunu Yenicag.az-a açıqlamasında Əməkdar jurnalist, siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi təhlilçi 2025-ci il sentyabrın 1-dən Moskva şəhəri və Moskva vilayətində miqrantlar üçün yeni qaydalar tətbiq edilməsi ilə bağlı yayılan informasiyaları şərh edib.

Analitik xatırladıb ki, bu, Rusiyanın şəxsi işidir:

“Sadəcə, sual yaranır: bu addımlar haradan qaynaqlanır, səbəbi nədir? Bu sualların cavabı Rusiyanın hazırkı vəziyyətini göstərir. Rusiya bu gün dağılmaq ərəfəsindədir, çöküşə doğru gedir. Yəni dövlət məhv olmaq üzrədir. Buna görə də müxtəlif qaydalar və qanunlar tətbiq edərək özlərini xilas etməyə çalışırlar. Onların iddiasına görə, guya Rusiyanın əsas problemi miqrantların qanunsuz gəlişi, gedişi və fəaliyyəti ilə bağlıdır. Əslində isə Rusiyanın problemlərinin kökündə onu idarə edənlərin dövlət idarəçiliyi qabiliyyətinin zəifliyi dayanır. Başqa heç bir əsas səbəb yoxdur. Ona görə də düşünürəm ki, Rusiya hansı qaydaları tətbiq edirsə, özü bilər, bu, bizi narahat etmir”.

Onun sözlərinə görə, azərbaycanlılarla bağlı müəyyən problemlər yarana bilər və bu, təbiidir:

“Kimlər oradadırsa, problemlərini qanun çərçivəsində həll etsinlər. Əgər edə bilmirlərsə, geri dönüb Azərbaycanda, öz yurd-yuvalarında yaşasınlar. Rusiyaya gedənlərin əksəriyyəti qara fəhlələrdir – ağır işlərlə məşğul olurlar. Halbuki həmin işləri Azərbaycanda da görmək mümkündür. Bəzən bəzi azərbaycanlılar düşünür ki, Rusiyada küçə süpürmək və ya daş daşımaq daha “adlı-sanlı”dır, nəinki bunu Azərbaycanda etmək. Ancaq, əgər Rusiyada “qara işlər”lə məşğul olursunuzsa, gəlin bunu öz ölkənizdə də görün. Bu baxımdan, hesab edirəm ki, azərbaycanlılar yavaş-yavaş öz başlarının çarəsinə özləri baxmalıdırlar”.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa