Yeni qitə yaranır

media-hightechnic-468x90

amasiya esasNepalda baş verən 7.9 ballıq zəlzələ Asiya və Amerikadakı böyük tektonik hərəkətlərin iki qitəni birləşdirəcəyi ilə bağlı fikirlər yaradıb.
Alimlər hesab edir ki, bu zəlzələ həmin qitələri bir-birinə bir az da yaxınlaşdıracaq. Hətta 50 və ya 100 milyon ildən sonra onların tamamilə birləşəcəyi və Amasiya adlı super qitənin yaranacağı ehtimalı da istisna edilmir.

Avstraliyanın Curtin Universitesinin geoloqu Zheng-Xiang Li Nepala gedərək Avrasiya və Hindistan tektonik laylarının bir-birinə yaxınlaşması ilə bağlı araşdırma aparıb. Bəlli olub ki, zəlzələdən sonra bu ərazi həqiqətən də əvvəlki yerindən 3 metr qabağa gəlib. İddialara görə, qütblər birləşərsə, dünyanın mərkəzi də şimal qütbü olacaq.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli isə bu deyilənləri fərziyyə hesab edib.

O, deyib ki, qütblərin parçalanması və ayrılması prosesi milyon illərlə gedir: “Bunun üçün standart sürət yoxdur və heç kəs də onun hesabatını dəqiq apara bilməz. İndidən kim risq edib neçə milyon ildən sonra bu qütblərin bir-biri ilə birləşəcəyini deyər. Ola bilsin ki, bu prosesdə heç birləşmə getməsin, tamam başqa bir hal meydana gəlsin”.

Q.Yetirmişli “Dünyanın mərkəzi şimal qütbü olacaq” fikrinə də münasibət bildirib: “Bunlar hamısı fərziyyələrdir. Hazırda planetimizdə iqlim dəyişmələri gedir və bundan asılı olaraq təbii proseslər də dəyişir. Afrikada yayda qar yağmışdı, halbuki bu, görünməmiş bir hadisə idi. Ona görə də yerin mərkəzinin hara olacağını indidən demək çox çətindir. Bu fərziyyələr özünü doğrultmaya da bilər”.

aznews.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600