Yeni versiyalı BMW i8
BMW i8 müasir dövrün ən parlaq superkarlarından biridir, lakin Manhart Racing emalatxanasında çalışan ustalar onu daha da cəlbedici etmək istəyiblər. Bu günlərdə onlar yeni avtomobilin bir neçə şəklini dərc ediblər.
Manhart Racing inqilabi yeniliklər təklif etmir, amma yeni rəng sxemi və eksteryer üçün bir sıra başqa icraatlar avtomobili daha cəlbedici edib. Yeni yüngül lehimli disklər və sarı əyləc tutqacları da diqqətdən kənarda qalmamalıdır.
Güc sistemində hansısa dəyişikliklərin olacağı isə hələlik bilinmir. (milli.az)