Reklam: High Technic
hightechnic

Yeni yaradılan nazirliyin mətbuat xidməti öz qurumlarının adını yaza bilmir - BİABIRÇI FOTOFAKT

Bu gün səhər saatlarında Bakı-Sumqayıt istiqaməti üzrə hərəkət edən “Ford” markalı mikroavtobusun “ZİL” markalı yük avtomobilinə çırpılması nəticəsində 5 nəfər tələbə həlak olub, onlarla yaralı var.

“Yeniçağ.az” xəbər verir ki, hadisə ilə bağlı müvafiq qurumların açıqlaması olub və öz növbəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də açıqlama yayıb.

Lakin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən göndərilən açıqlama müzakirələrə səbəb olub.

Belə ki, tanınmış jurnalist Mahir Məmmədli sosial şəbəkədə nazirlik rəsmisinin öz qurumlarının adını düzgün yaza bilməməsini sərt tənqid edib:

“Öz adını səhv yazan nazirliyin məlumatına inanacaq qədər safıq biz? Birincisi Nəqliyyat Nazirliyi adlı qurum yoxdur. İkincisi, yazıblar ki, Sumqayıt avtobusları yalnız avtovağzaldan gedir. Bəs 20 Yanvar metrosundan çıxan avtobusları heç kim görmür? Gizli işləmir onlar. Açıq şəkildə müştəri yığırlar”, – deyə M.Məmmədli qeyd edib.

Qeyd edək ki, nazirliyin mətbuat xidmətinin yaydığı məlumatda səhvlər bununla bitmir. Həmin açıqlamada “faciə” sözü “fəciə”, “səbr” sözü “səbir” şəklində yazılıb.

Heç bir əlavə şərh vermədən həmin açıqlamanı təqdim edirik:

 

 

Yeniçağ.az

www.yenicag.az

99