!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Yenicag" bu çağın saytıdır" - İdmançılarımız təbrik edir

!Reklam – Yazi

Bu gün Yeniçag Media Qrupunun 10 yaşı tamam olur.

Bu münasibətlə idman ictimaiyyətinin tanınmış nümayəndələri də bizə təbriklərini çatdırıblar:

Vüqar Məmməd, U-15 və U-16 millilərimizin baş məşqçisi:

Yeniçag.az saytı ən çox izlədiyim saytlardan biridir. Bu sayt bütün sahələri əhatə edir. Düzdü, biz idman sahəsindəyik, ancaq bir çox məsələləri, istər ölkəmizin daxilində, istərsə də dünyada baş verən hadisələri çox rahat şəkildə Yenicag.az vasitəsi ilə izləyirik. Adından da məlumdur ki, “Yeniçag” bu çağın saytıdır. Saytın rəhbərliyini və yaradıcı kollektivi 10 illik yubiley münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Sizə ağır işdə və çətin dövrdə öz fəaliyyətinizdə uğurlar arzulayıram”.

Ruslan Abışov, millimizin və “Neftçi”nin futbolçusu:

“Bu əlamətdar gün münasibəti iləYeniçag.az saytının kollektivini səmimi qəlbdən təbrik edirəm. “Yeniçag” ictimai-siyasi sayt olsa da, idman xəbərlərinin də operativ şəkildə oxuculara çatdırılmasına görə, diqqətimi çəkir. İdmançıları, xüsusi ilə də ölkə futbolunu daima gündəmdə saxlayır. Buna görə saytın rəhbərliyinə və işçi kollektivinə minnədtdarlığımı bildirir, “Yeniçag“a gələcək fəaliyyətində uğurlar diləyirəm”.

Qara Qarayev, millimizin və “Qarabağ”ın yarımmüdafiəçisi:

“10 il az müddət deyil. Yubiley yaşınıza çatmanız münasibəti ilə hər birinizi təbrik edirəm. Sevindirici haldır ki, fəaliyyətinizdə idmançılara da yer ayırırsınız, uğurlarımızdan yazırsınız. İdmana da xüsusi yer ayırdığınız üçün saytın rəhbərliyinə təşəkkürümü bildirirəm. Sizin də, “Yeniçag“ın da ömrü uzun olsun!”

Anar Nəzirov, millimizin və “Zirə”nin qapıçısı:

“Təbriklər, təbriklər, təbriklər! Daha böyük uğurlara imza atmağınızı arzulayıram. O gün olsun ki, saytınızın yubley yaşı 3 rəqəmli ilə qeyd olunsun. “Yeniçag“ın kollektivinə uğurlar, bol-bol xəbər arzulayıram. Yorulmayasanız!”

www.yenicag.az

1085
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv