!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yer fırlanır?

!Reklam – Yazi

11Əziz oxucularımız! Yəqin ki, siz gündəmdə olan mövzulardan biri olan Yer kürəsinin öz oxu ətrafında və Günəş ətrafında dövr etməsi ilə bağlı müzakirələri oxudunuz. Bir neçə gün bundan əvvəl mediada bir ərəb şeyxinin Yer Kürəsinin fırlanmamasını deməsi xəbəri yayıldıqdan sonra sosial şəbəkələrdə insanlar sual qarşısında qaldılar. Yür kürəsi fırlanır, ya fırlanmır. Bu sosial şəbəkələrdə mübahisə, müzakirə olunmağa başlandı, insanların çoxunda bunun hansının doğru olması barədə suallar yarandı. Hər kəs bir başqa formada inandığını qeyd etdi. Bütün bilənlər də, bilməyənlər də bu mövzudan danışmağa başladılar. Daha sonra mediada belə yalan bir informasiya getdi ki, guya hansısa Azərbaycanlı məscidin imamı da ərəb şeyxini dəstəkləyib, bunun ardınca da daha başqa bir yalan informasiya yaydılar ki, guya azərbaycanlı alim də ərəb şeyxinin sözünü təsdiq etdi. Halbuki bütün bunlar ancaq ağ yalandır. Əminliklə deyə bilərəm ki, çoxunuz mənim haqqımda qərəzli medianın yalanlarını da oxudunuz. Bəli, bütün bunlar yalan idi. Çünki, insanlar nəyisə dəqiqləşdirmirlər. Hansısa bir yalanı deyərək yaymaq doğrunu yaymaqdan bəzi insanlar üçün daha xoş gəlir. Çünki, bəzi günahları edəndə insanların qəlbində sevinc olur. Elə zənn edirlər ki, onlar bu etdikləri doğru iş idi, elə bilirlər ki, yalan ayaq açıb yeriyə bilir. Halbuki bizim atalarımız da deyiblər ki, yalan ayaq açar, amma yeriməz. Çünki, başqa bir atalar sözündə deyilir ki, yalanın ömrü az olar. Digər atalar sözü daha gözəldir ki, deyilir: “Yalan cücərər, amma bitməz”. Şükr Allaha ki, özlərinə qərəzsiz deyib qərəzli olan, doğru deyib yalançı olan bəzi medianı çıxmaq şərti ilə bizim həqiqətən də ədalətli, iş prinsiplərində doğruluğu ilə seçilən media orqnalaırmız vardır. Özləri başqalarını savadsızlıqda ittiham edən savadsız medialarımız ucbatından həmişə hamımız çox aldadılmışıq. Bu səbəbdən tövsiyyəm budur ki, bizim çox dəyərli media ilə bağlı qurumlarımız, işbaz, yalançı, dedi-qodu ilə məşğul olan media sahələrinə diqqəti artırısnlar. Onlar barədə ciddi ölçü götürülsün. Çünki, onlar bizim xüsusi dövlət sturukturlarımızı hədəf alan, hansısa xarici qüvvələrə xidmət edən, həqiqətən də qərəzli olaraq qəsdən nüfuzlu dövlət strukturlarına, idarələrinə, dövlətin yüksək elmi müəssisələrinə, dövlətin müxtəlif sahələrində olan aparıcı qüvvələrinə, şəxslərinə qarşı ciddi surətdə müharibə elan etmək istəyənlərdirlər. Bunlar özümüzdən olub özümüzlə müharibə etmək istəyənlərdir. Burada müxtəlif qeyri-ənənəvi dinlərin, məzhəblərin, müxtəlif müxalif partiyaların əli olması istisna deyildir. Çünki, onlar özləri də bilirlər ki, uğura doğru gedənləri qaralamaqla saxlamaq olar. Amma onlar yanılırlar.

Bildiyiniz kimi mən öz şəxsi fecbook səhifəmdə öz dostlarıma sual ünvanlamış, bu sualımı qərəzli şəxslər media vasitəsi ilə həm mənə qarşı, həm də çalışdığım təşkilata qarşı qaralama kompaniyası aparmışdılar. Halbuki veridyim sual mənim ixtisasıma aid olan sual deyildi, bu sualı verməkdə də mən yalnız özümü təmsil edirdim. Bunun fotosurətini çıxarıb mediada yayılmasına nail olmaqla onlar ancaq və ancaq öz qərəzliliklərini ortaya qoydular. Belə ki, onların özlərinin inandıqları və özlərinin demək istədiklərini mənim adımdan mediada xəbər kimi verdilər. Təəssüfləndiricisi budur ki, insanların çoxu da bu yalana inanıblar. Mənim haqqımda bəzi qərəzli media vasitələrində yazılan yalan melumatların getməsi ilə hər eşitdiyinə inanlar da mənə qarşı sui-zənnə qapıldılar. Dəqiqləşdirmək isə ədalətli şəxslərə yaraşır.

Bunu hamımız bilirik ki, Yer həqiqətən də kürə formasındadır. Yer öz oxu ətrafında və Günəş ətrafında dövr edir. Əslində mən Yerin fırlanmadığını deməmişəm. Bu mənə qarşı ittiham edilən, böhtan atılan bir sözdür. Sadəcə öz şəxsi facebook profilimdə Yerin Günəş ətrafında və öz oxu ətrafında fırlanmasını qeyd etdikdən sonra, buna inandığımı dedikdən sonra dostlarıma mənə verilən bir sualı ünvanlamışdım.

Mən dəqiq əminəm ki, Yer öz oxu ətrafında və Günəşin ətrafında dövr edir. Düzdür islam alimləri müxtəlif məsələlərdə müxtəlif rəylər deyiblər. Məsələn hamısı bir məsələdə bu nöqtəyə gəliblər ki, Yer kürə formasındadır. Amma sabit qalır. Digər Günəş, Ay, ulduzlar onun ətrafında dövr edir. Bəzi alimlər isə bunun əksini deyiblər. Ancaq bütün islam alimlərinə görə göylər dairəvidir. Allah təala Qurani Kərimdə Göyü tavana oxşatmışdır. Həmçinin islam inancına görə yeddi qat göy vardır ki, bütün bunlar Qurani Kərimdə bizə xəbər verilmişdir. Yəni mənim haqqımda Yer fırlanmır deyilməsi mənə qarşı əsilsiz bir ittihamdır. Bunu guya mənim belə deməyimi yayan medialar hamısı mənim yanımda yalançıdırlar. Çünki, onlar heç biri bu mövzunu məndən dəqiqləşdirməmiş yayıblar. Məqsədləri nədir Allah bilir.

Əslində Yer kürəsinin fırlanması və fırlanmaması məsələsi qədim alimlərində diqqətindən yayınmayıb. Əvvəlki dövrün sakinləri də bu məsələdə mübahisələr, müzkairələr aparıblar. Bizdə bu söhbətlər mediada təzədir deyə camaatı da qınamıram. Çünki bu söhbətlər də vaxt gələcək bizdə köhnələcək. Mən deyirəm ki, ilk fikrə olan reaksiya həmişə bir mənalı qarşılanmır. Yerin fırlanmasını deyənlər fərziyyə irəli sürürlər. Əslində Yerin fırlanmadığını deyən qədim alimlər də fərziyə irəli sürüblər. Yəni əvvəllər Yerin fırlanması mövzusu elmi fərziyyədən başqa bir şey olmayıb. Sadəcə ateistlər və bəzi şüarçılar bunu mediada başqa cür qələmə vermək istədilər. Biz də bilirik ki, bəzi fərziyyələr sonradan məlum olub ki, fərziyyədən başqa bir şey deyil. O fərziyyə isə reallıq demək deyildir. Necə ki, insanın meymundna yaranması da elmi fərziyyə kimi sübut olunurdu, daha sonra bu fərziyyənin çürük olduğu ortaya çıxdı. Baxın məşhur islam alimi əsrlər əvvəl nə deyib. İmam Qurtubu böyük islam alimlərindən biri olub. Deyib ki, Yerin fırlanmasına aid açıq dəlil yoxdur (deyilənlər fərziyyədir). Əksinə belə bir ayə var ki, uca Allah buyurur ki, biz Yeri sizin üçün sabit etdik, onu sizin üçün qərargah etdik. İmam Qurtubi bu barədə buyurur ki, Yer kürəsi hərəkət etmir. Hətta bu barədə həmin ayənin təfsirində bütün alimlərin icmasını qeyd edir ki, bütün alimlər yekdilliklə deyiblər ki, Yer kürəsi hərəkət etmir. Bəzi alimlər də İmam Qurtubinin bu sözünü rədd edərək deyiblər ki, bu barədə alimlərin icması yoxdur. Yəni İmam Qurtubi belə desə də bu barədə alimlərin heç də hamısı onun fikri ilə razı olmayıblar. Biz yalnız bir alimlə misal verdik. Bütün islam alimlərinin bu məsələdə mövqeyini toplasaq görəcəyik ki, hər kəs fərqli-fərqli fikirlər söyləyirlər. Amma biz bu gün açıq-aşkar bilirik ki, Yerin hərəkət etməsi sübut olunmuş bir məsələdir. Yerin öz oxu ətrafında, Günəş ətrafında, Günəşin Yer üzəri ətrafında dövr etməsi artıq müasir elmdə sübut edilən həqiqətdir və biz bütün bunları gözümüzlə də rahat şəkildə görə bilirik. Sadəcə elmə əvvəllər Yerin fırlanması məlum deyildi deyə islam alimləri də bu məsələdə belə mövqelər bildirirdilər. Amma bu gün elm əsri, texnika əsri artıq fərziyyə hesab olunan məsələləri dəqiqləşdirir, necə ki, Yerin fırlanması da dəqiqləşdirilmişdir. Burada söhbət ondan gedir ki, nəyə görə bəzi insanlar, bəzi media daha ciddi məsələləri, daha ciddi problemləri qabartmırlar. Həmçinin bəzi medialar nəyə görə bir xəbəri oxuyan kimi onu dəqiqləşdirməmiş yaymağa çalışırlar, yayırlar? Bütün bunlar həm dinimizə görə günah qazanır, çünki sən heç özünü, tanımadığın, şəxsiyyətinə, elminə bələd olmadığın şəxsi hədəfə alırsan, insanlar arasında onun nüfuzuna xələl gəlməsinə səbə olursan, ən əsası əgər mənim öz dostlarıma verdiyim sualım sizə görə bir eyibdirsə, siz hansı haqla bir şəxsin eyibini yaymağa çalışırsınız. Allahın Rəsulu (s.ə.s) buyurub ki, kim bir müsəlmanın eybini yayarsa Allah təala Qiyamət günündə onun eyibini hamının yanında yayar. Bu səbəblə xəta bildiyiniz, eyib bildiyiniz məsələləri əvvəlcə dəqiqləşdirin. Qərəzli olduğunuz idarələr və şəxslər varsa birbaşa özləri ilə əlaqə saxlayıb preoblemlərinizi özü ilə həll edin. Şəxsən mənim sizinlə heç bir problemim yoxdur. Sadəcə sizin problemli olmanız həm də mənim vaxtımı almağa və bunları sizə yazmağa vadar etdi.

www.yenicag.az

2497
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv