Son günlər istər ssenari, rejissor işi, istərsə də aktyor oyunu baxımından çox zəif olan, primitiv məişət mövzularını əhatə edən özbək seriaların telekanallarımızda yayımlanması aktyorlarımız tərəfindən heç də xoş qarşılanmır.
Tanınmış Yenicag.az-a açıqlamasında aktyor Məhəmməd Verdizadə özbək seriallarının televiziyalarımıza ayaq açmasının səbəblərindən danışıb:
“Təbii ki, yaxşı hal deyil. Amması var bunun. O da yerli serialların keyfiyyətinin aşağı olmasıdır. Özbək serialları heç də bizim seriallardan keyfiyyətli deyil. Hətta texniki səviyyədən tutmuş, operator, işıq və s cəhətdən çox geridə qalır. Və onların serialları bu keyfiyyət göstəricilərinə görə aşağı qiymətə təklif edilir. Kanallar da bu qiymətə alıb yayımlayırlar. Eşitdiyimə görə, bir bölümün qiyməti 100 manatdır. Bu, çox pis haldır. Azərbaycanda kinonun inkişafına fikir verilmir. Maliyyə işin həlli deyil. Tutalım, maliyyə var, bəs kim çəksin? Bizdə serialı heç kino saymırlar. Azərbaycanda serial festivalı eşitmisiniz? Yox. “Halva-halva” deməklə yaxşı serial da olmur axı”.
Cəvahir
www.yenicag.az