Mərhum sənətkar Müslüm Gürsesin həyatı əsasında film çəkiləcək.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, 2013-cü ildə vəfat edən sənətkarın həyatı barədə çəkilən filmin ilk görüntüləri yayımlanıb. “Yetenek Sizsiniz” verilişindəki performansı ilə hamını özünə heyrən edən Şahin Kendirci Müslüm Gürsəsin gəncliyini canlandıracaq. Müğənninin həyat yoldaşı Muhterem Nur rolunu isə məşhur aktrisa Zerrin Tekindor ifa edəcək. Filmdə Müslüm Akbaşın, yəni səhnə adı Müslüm Gürsesin uşaqlığını isə Alper Parlak oynayacaq.