Zemfiradan həyat yoldaşı ilə bağlı suala REAKSİYA: “Bunu özümə yaraşdırmıram”

media-hightechnic-468x90

“Hər dəfə ailəni nümayiş etdirməyi nə mən, nə də Anar özünə yaraşdırır”

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Zemfira İbrahimova “Qonaqcanlı” verilişində deyib.

Sənətçi sosial şəbəkə hesabında həyat yoldaşı ilə bağlı paylaşım etməməsinin səbəbini açıqlayıb:

“Sosial şəbəkələr mənə aiddir, ailəmə yox. Oğlumun da öz səhifəsi var və o da öz işlərini orada paylaşır. Həyat yoldaşımla fərqli sənətlərdəyik. Onun öz sənəti var və onu nümayiş etdirir. Çox nadir hallarda ailəm və övladlarımla bağlı paylaşım edirəm. Hər dəfə ailəni nümayiş etdirməyi nə mən, nə də Anar özünə yaraşdırır”.

O, aparıcının “Son vaxtlar çox mehribansınız” sözlərinə isə belə cavab verib:

“Biz həmişə mehribanıq, aramızda heç bir problem yoxdur. Sadəcə, paylaşım etmirəm, çünki sosial şəbəkə hesabım fərdi fəaliyyətim üçündür”.

Nehru

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa