Yevlaxda minik maşını ilə avtobus toqquşdu
Yevlaxda “Niva” markalı minik maşını ilə avtobus toqquşub.
Yenicag.az xəbər verir ki, hadisə Bakı–Qazax magistral yolunun Yevlax rayon Duzdağ qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
1974-cü il təvəllüdlü Söhrab Süleymanovun idarə etdiyi “Niva” markalı minik maşını, 1985-ci il təvəllüdlü Ramin Qarayevin idarə etdiyi avtobusla toqquşub. Hadisə nəticəsində minik maşınında olan sərnişin, 1977-cı il təvəllüdlü Yeganə Süleymanova xəsarət alaraq Yevlax rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır./apa