Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Yol Polisi əməkdaşları məni saxlamır" - Milli Məclisin deputatı

“Yollarda qanun pozmadığım üçün Yol Polisi əməkdaşları da məni saxlamır”.

Yenicag.az xəbər verir ki, bu fikirləri  Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.

Deputat istirahət günləri avtomobil idarə etdiyini söyləyib:

“Özüm də avtomobil idarə edirəm. Ancaq indiyədək elə halla rastlaşmamışam ki, Yol Polisi əməkdaşları məni saxlayıb incitsinlər. Çünki yollarda qanunu pozmuram. Düşünürəm ki, qanun hər kəs üçün eyni olmalıdır. Daha mən deputatam deyə Yol Polisi mənə güzəşt etməli deyil. Bu baxımdan da Yol Polisi əməkdaşlarının qanunu pozmayan sürücüləri saxlayıb incitməsinə inanmıram. İndiyədək şəxsən mən belə vəziyyətlə üzləşməmişəm. Məni polis saxlayıb, ancaq sənədlərimi yoxlayandan sonra normal şəkildə icazə verib getmişəm”./ölkə.az/

www.yenicag.az

9181
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100