Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Yol polisi velosipedçilərə qarşı ciddi tədbirlərə başladı – Cərimələnənlər var

Azərbaycanda yol polisi son günlər baş verən velosiped qəzalarından sonra bu sahəyə nəzarət tədbirlərini gücləndirib.

Yenicag.az Avtosfer.az-a itinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən Bakı və Gəncə şəhər Baş Polis idarələrinin, digər şəhər və rayon polis orqanlarının, habelə DYP-nin şöbə və bölmələrinin rəhbərlərinə göstəriş verilib. Göstərişdə qeyd olunur ki, bu ilin 6 ayında respublika üzrə yol-nəqliyyat hadisələrinin, eləcə də hadisələrdə ölən və yaralananların sayı azalsa da, son vaxtlar velosipedçilərinin iştirakı ilə baş vermiş qəzaların çoxluğu ciddi narahatlıq doğurur. Təkcə 6 ay ərzində velosipedçilərin iştirakı ilə baş vermiş 21 yol qəzasında 8 nəfər ölüb, 21 nəfər xəsarət alıb. Buna səbəb isə bəzi velosipedçilərin yol hərəkəti qaydalarını kobud şəkildə pozmasıdır. Belə ki, onlar velosipedi yolun əks hərəkət istiqamətində, hərəkət hissəsinin ortasında, xüsusən günün qaranlıq vaxtında işıqlandırıcı elementlər olmadan idarə edirlər. Bunu nəzərə alaraq DİN rəhbərliyi DYP orqanlarına göstəriş verib ki, velosipedçilərin hərəkətinin “Yol hərəkəti haqqında” qanuna uyğun tənzimlənməsinə diqqət etsinlər, eyni zamanda, avtomobil yollarında texniki cəhətdən saz velosipedlərdən istifadəyə dair təbliğat işləri aparsınlar.

Belə qəzaların baş verdiyi ərazilərdə təhlillər apararaq qabaqlayıcı tədbirlərin görülməsi də vacib məsələ kimi qeyd olunub.

Artıq respublika ərazisindəki avtomobil yollarında təhlükəsizlik dəbilqəsi olmadan velosiped idarə edən, həmçinin, yolun əks istiqamətinə çıxan, hərəkət hissəsinin ortasında gedən və digər yol hərəkəti qaydalarını pozan velosipedçilər inzibati məsuliyyətə cəlb olunurlar.

Velosipedçilərə qarşı tədbirlər artıq bir neçə rayonda həyata keçirilib. Masallı rayon Dövlət Yol Polisi Bölməsinin əməkdaşları isə artıq qayda pozan 21 velosipeçdi barəsində inzibati protokol tərtib edib. Bundan başqa, velosipedçilərin bir qisminə xəbədarlıq olunub, onlara hüquq və vəzifələri izah edilib.

www.yenicag.az

672
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100