!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yol polisinin karantin postlarında nələr baş verir? - Dəqiq yoxlama, pulsuz yemək... VİDEO

!Reklam – Yazi

Koronavirus pandemiyası ilə əlaqədar olaraq Azərbaycanda elan edilmiş xüsusi karantin rejimi davam edir.

Mayın 4-dən etibarən regionlarda karantin rejimi yumşaldılsa da, Bakı, Sumqayıt, Abşeron, Lənkəran və Gəncədə davam edəcək. Belə olan halda isə polisin üzərinə daha ağır məsuliyyət qoyulur. Çünki rayonlarda sərbəst hərəkət mümkün olduqca Bakı istiqamətində axın güclənəcək. O zaman polis nə kimi tədbirlər görəcək? Hazırda karantin postlarında vəziyyət necədir? Sürücülər və sərnişinlər polis nəzarətindən necə keçir?

Bu və digər suallara cavab tapmaq üçün Avtosfer.az olaraq paytaxta üç istiqamətdə girişdə quraşdırılmış karantin postlarında olduq. Yeri gəlmişkən, postlara əsas nəzarət Baş Dövlət Yol Polisinin Yol Patrul Xidməti Alayının üzərinə düşür. Eyni zamanda, Çevik Polis Alayının və hərbçilərin köməyini də qeyd etmək lazımdır. Postlarda paytaxtdan çıxan və Bakı istiqamətində hərəkət edən avtomobillər və içərisindəki sərnişinlər yoxlanılır. Müvafiq qaydalara uyğun sənədlər olduqda isə hərəkətə icazə verilir.

Müşahidələrimiz onu göstərdi ki, daha çox paxtaxtdan çıxışda sıxlıq olur. Bakı istiqamətində isə gələnlərin sayı olduqca azdır.

Karantin postlarında yük avtomobilləri üçün xüsusi zolaq ayrılıb ki, bu da onların rahat hərəkət etməsi üçündür. Amma sui-istifadə hallarının qarşısının alınması məqsədilə yük avtomobillərindəki sərnişinlərin sənədləri yoxlanılır, yük yerinə baxış keçirilir
Beləliklə, 24 saat ərzində polis əməkdaşları karantin postlarında növbə ilə xidmət aparır.

Həmçinin Azərbaycan ərazisinə daxil olan və beynəlxaq yükləri daşıyan avtomobillər də yol polisi tərəfindən nəzarətə götürülüb. Belə ki, yük maşınları müəyyən sayda toplantıqdan sonra YPX Alayının naryadlarının müşayəti ilə müvafiq sərhəd məntəqəsinə çatdırılır. Onlarda yolda yalnız bir nöqtədə dayanmağa icazə verilir. Burada sürücülər yemək yeyir, istirahət edir və nəqliyyat vasitəsini yanacaqla təmin edirlər. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan polisi qonaqpərvərlik nümayiş etdirərək həmin əcnəbi sürücüləri pulsuz yeməklə təmin edir.

Çəkiliş apardığımız zaman sürücü və sənişinlərlə söhbətimiz zamanı onlar polislərə xüsusi təşəkkür etdilər. Bildirdilər ki, bu çətin günlərdə öz həyatlarını təhlükəyə ataraq insanları qorumaq üçün dayanmadan, yorulmadan xidmət edən polislərimiz xüsusi təşəkkürə layiqdir.

Üç karantin postundan hazırlanmış videoreportajı təqdim edirik:

www.yenicag.az

801
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv