Yol qəzasında həyatını itirdi

media-hightechnic-468x90

piyada_olumuBakı şəhərinin Nizami rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Yenicag.az apa-ya istinadən bildirir ki, Babək prospektində, “Dəniz” mebel evinin qarşısında Cəlilov Aydın Əli oğlu idarə etdiyi “Lexus” markalı, 90 UV 004 nömrə nişanlı avtomobillə piyadanı vurub. Sürücü hadisədən dərhal sonra yaralı piyadanı öz avtomobili ilə Əfəndiyev adına 4 saylı şəhər klinik xəstəxanasına gətirib. Lakin 50-55 yaşlı həmin şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Araşdırmalardan sonra yol qəzası nəticəsində dünyasını dəyişən şəxsin paytaxt sakini, 1960-cı il təvəllüdlü Əlixanov Murad Əlixan oğlu olması müəyyən edilib.

Faktla bağlı zəruri ekspertizalar təyin edilib, araşdırmalar davam etdirir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600