Yük maşını ana və iki uşağını vurdu

Bakıda ana və iki uşağını maşın vurub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Nargilə kafesi yaxınlığında qeydə alınıb. Azər Kərimov idarə etdiyi “Hyundai” markalı yük maşını ilə idarəetməni itirərək yolun əks istiqamətinə çıxıb və piyadalar – 1984-cü il təvəllüdlü Aygün Əliyevanı, onun övladları – 2012-ci il təvəllüdlü Rəna Əliyeva və 2008-ci il təvəllüdlü Almaz Əliyevanı vurub. Xəsarət alan ana və övladları xəstəxanaya yerləşdirilib.

A.Kərimov hadisəni törədəndən sonra qaçıb. Hazırda onun yerinin müəyyən edilərək tutulması istiqamətində axtarışlar davam etdirilir.