Yüksək səsli musiqi, diqqətsizlik və faciəvi son: Bir qəzanın TƏFƏRRÜATI – VİDEO

Bu gün səhər saatlarında Nəriman Nərimanov rayonu ərazisində yerləşən “Keşlə” stansiyasında bir nəfəri qatar vurub və həmin şəxs hadisə yerində dünyasını dəyişib.

Belə ki, həmin şəxs qulaqlıqda yüksək səslə musiqi dinlədiyi üçün gələn qatarın səsini eşitməyib və bu faciəvi hadisə baş verib.

Qeyd edək ki, hər il onlarla insan məhz qulaqlıqla yolu keçməyə çalışarkən nəqliyyat vasitələrinin altında qalaraq həyatını itirir.

Daha ətraflı Baku TV-nin süjetində: