!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı keçirildi

!Reklam – Yazi

Martın 1-də “Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin qabiliyyət imtahanı keçirilib. İştirakçılar saat 11:00 və 15:00 olmaqla 2 sessiyada testə qatılıblar. İmtahanda 7059 namizəd iştirak edib.

Yenicag.az xəbər verir ki, imtahanda abstrakt və məntiqi düşüncənin, rəqəmsal və verbal məlumatlarla işləmək bacarığının yoxlanılması üzrə olmaqla 3 bölmədə suallar təqdim edilib.

Əsas imtahanda iştirakçılar abstrakt və məntiqi düşüncənin yoxlanılması üzrə 20 suala ümumilikdə 20 dəqiqə, rəqəmsal məlumatlarla işləmək bacarığının yoxlanılması üzrə 18 sualın hər birinə 2 dəqiqə ərzində cavab veriblər. Verbal məlumatlarla işləmək bacarığının yoxlanılması bölməsində 6 mətn və hər mətnə aid 5 sual (cəmi 30 sual) təqdim olunub. Hər mətni oxumaq üçün 2 dəqiqə, hər suala cavab vermək üçün 2 dəqiqə vaxt ayrılıb.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin hər iki imtahanı Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq çərçivəsində təşkil olunub. Onlayn mərhələni başa vuran iştirakçıların nəticələri T-şkalası əsasında hesablanaraq 2 həftə ərzində şəxsi kabinet vasitəsilə təqdim ediləcək.

 

www.yenicag.az

1042
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv