Fransa yanacaq qiymətlərinin artmasına qarşı etiraz aksiyaları sarsılarkən, sosial media bu video ilə çalxalandı. Yenicag.az xəbər verir ki, dünyanın gündəmində olan“Sarı gödəkçəlilər” Fransa prezidenti Makronun videosunu paylaşıblar.
Əksər media qurumları bu videonun yeni hadisələrlə əlaqəli olduğu xəbərini yaysalar da, sonradan əsl həqiqət anlaşılıb. Belə ki, Makron 2016-cı ildə iqtisadiyyat naziri olarkən, bu gün yaşananlarla “tanış olub”.
Həmin videoda bir nümayişçi yumurtanı Makronun başında sındırır.
İndi isə həmin video “Makron qərb dəyərlərini satarkən, başına yumurta vurulur” şərhi ilə paylaşılmaqdadır. Video bir an içərisində sosial medianın trendləri sırasına girib.
www.yenicag.az