Zabit Səmədov karyerasını başa vurdu

media-hightechnic-468x90

Azərbaycanlı kikboksçu Zabit Səmədov peşəkar karyerasını başa vurub.

Yenicag.az xəbər verir ki, idmançımız sonuncu döyüşünü braziliyalı sabiq UFC döyüşçüsü Antonio Silvaya qarşı keçirib. O, “sambaçı”nı 1-ci raundda nokauta salmaqla kəmərə sahib çıxıb.

Bununla da Zabit Səmədov karyerasındakı sonuncu döyüşünü başa vurub. O, “karyeramın son döyüşünü vətəndə keçirdiyim üçün şadam” deyə döyüşdən sonra qeyd edib.

Qeyd edək ki, 38 yaşlı Zabit Səmədov karyerası ərzində 113 döyüş keçirib. Bunlardan 103-də qalib gəlib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa