!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zahid Orucun AzTV vurğunluğuna REAKSİYA: “STM o sorğunu hansı metodologiya ilə keçirib?” - Qulu Məhərrəmli / VİDEO

!Reklam – Yazi

“Mən belə sorğuları şərti və epizodik qiymətləndirirəm, çünki onlar mövcud reallığı əks etdirə bilməz”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) əhali arasında apardığı sorğu nəticəsində ən çox baxılan televiziya kanalları arasında Azərbaycan Dövlət Televiziyasının (AzTV) 62,6 faizlə ilk sırada “qərarlaşdırımasına” münasibət bildirən professor Qulu Məhərrəmli deyib.

Qulu Məhərrəmli mövcud şəraitdə televiziya kanallarının özlərini məlumat mənbəyi kimi təqdim edə bilmədiklərini vurğulayıb:

“Ölkədə televiziyaya baxanların sayı çoxalıb. Çünki insanlar dəqiq, ciddi və rəsmi xəbərlər axtarırlar. Bunun da daşıyıcıları çox vaxt büdcədən maliyyələşən telekanallar olur. Eyni zamanda, təbii ki, özəl kanallara da baxılır.

Amma Zahid Orucun rəhbəri olduğu Mərkəzin həmin sorğunu hansı metodologiya ilə keçiridiyi, onun auditoriyasının tərkibi, sualların necə qoyulduğu və o sualları kimlərin cavablandırdığı bilinmir. Əsas buna diqqət yetirilməlidir.

Mən belə sorğuları şərti və epizodik qiymətləndirirəm, çünki onlar mövcud reallığı əks etdirə bilməz. Baxın, televiziyalar ancaq müəyyən həssas dönəmdə tamaşaçı auditoriyası toplaya bilirlər. İndiki vaxtda onlar aktual mövzuları nə dərəcədə işıqlandırırlar, işə nə qədər peşəkar yanaşırlar, bununla bağlı müsbət fikirlər söyləmək çətindir. Belə qurumlar qətiyyən epizodik, keçici halları deyil, cəmiyyətdə gedən prosesləri sistemli şəkildə öyrənmək üçün planlar qurmalıdırlar.

Fikrimcə, bu gün televiziyaların hamısı auditoriyaya keyfiyyətli proqramların verilməsinin vacibliyini dərk etsələr də, təəssüf ki, heç də bütün telekanallar bunun öhdəsindən gələ bilmir.

Düşünürəm ki, keyfiyyət baxımından, uyğun yaradıcılıq işi daha çox İctimai Televiziyada gedir, bu telekanalın təqdim etdiyi layihələr baxımlıdır. Real TV, ATV, AzTV, Xəzər TV-də də müsbət proseslər gedir. Lakin ümumən bu gün ölkədə telekanallar, əvvəlki həssas dövrdən fərqli olaraq, özlərini mötəbər məlumat mənbəyi kimi təsdiq edə bilmirlər. Bunun əsas səbəbi peşəkarlıq, sərbəstlik və idarəçiliklə bağlıdır”.

Aqil Bəkir

www.yenicag.az

1597
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv