Zakir Həsənov Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib
MDB Müdafiə Nazirləri Şurasının iclası keçirilib.
Qırğızıstan Respublikasının Çolpon-Ata şəhərində keçirilən iclasda iştirak edən Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov quruma üzv olan ölkələrin müdafiə nazirləri ilə MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektlərini müzakirə edib.
Xatırladaq ki, Azərbaycanın müdafiə naziri Z.Həsənovun başçılıq etdiyi nümayəndə heyəti mayın 31-dən Qırğızıstanın müdafiə naziri Abibilla Kudayberdiyevin dəvəti ilə həmin ölkədə rəsmi səfərdədir. Səfər çərçivəsində Z.Həsənov Qırğızıstanın Müdafiə Nazirliyində görüşlər keçirib, bir sıra hərbi hissələrə baş çəkib.
Müdafiə Nazirliyindəki danışıqlar zamanı ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və perspektiv istiqamətlərinin nəzərdən keçirilməsi, müdafiə və təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb(virtualaz).