Zakir Qaralov: “Yanğına ilkin səbəb, …”

media-hightechnic-468x90

c6e6a88d240af069686ea5bf35ad39ba“İlkin məlumata görə, Bakıda yanğın baş verən çoxmərtəbəli binada 4 nəfər ölüb, 14 nəfər xəsarət alıb”.

Bunu hadisə yerində olan baş prokuror Zakir Qaralov deyib. Zakir Qaralov bildirib ki, yanğınsöndürənlərin arasında da xəsarət alanlar var.

Qeyd edək ki, Azərbaycanın daxili işlər naziri Ramil Usubov, baş prokuror Zakir Qaralov və baş prokurorun müavini Rüstəm Usubov yanğın baş verən ərazidədir. Həmçinin, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev və daxili işlər nazirinin müavini Oruc Zalov yanğın baş verən ərazidədir.

Qeyd edək ki, hadisə Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında qeydə alınıb. Yaşayış binasında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

***

“Bu hərəkətə lazımi qiymət veriləcək”

Bakıda yaşayış binasında baş verən yanğınla bağlı Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri və Baş Prokurorluq birgə istintaq qrupu yaradıb.

Bunu hadisə yerində olan baş prokuror Zakir Qaralov deyib.

Zakir Qaralov bildirib ki, bu sahədə ixtisaslaşdırılmış kadrlar istintaqa, əməliyyat qrupuna cəlb olunub: “Yanğına ilkin səbəb binanın üzlük örtüyünün lazımı keyfiyyətdə olmamasıdır. İcra orqanlarından təhvil-təslim aktları götürülüb. Bu hərəkətə lazımi qiymət veriləcək”(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600