!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəfər Quliyevin vaxtsız vəfatının ildönümüdür

!Reklam – Yazi

img1744725Ötən ilin bu günü politoloq dostumuz aramızdan əbədiyyən ayrıldı
Bu gün “Yeni Müsavat” ailəsinin üzvü, “Minval.az” saytının eksperti, politoloq Zəfər Quliyevin vəfatının ildönümüdür.

Ötən ilin bu günü Zəfər bəy müalicə məqsədilə yollandığı Gürcüstanda ürək çatışmazlığında dünyaya gözünü yumdu, aramızdan ayrıldı.

Bu bir il ərzində biz demək olar ki, bütün xeyir-şər məclislərində onun adını andıq, xatirəsini yad etdik və bir daha anladıq ki, yeri heç cür doldurulmayan insanlar var və onlardan biri də Zəfər Quliyevdir.

Gerçəkdən də olduqca mədəni və işıqlı insan idi Zəfər bəy. Əsl ziyalıydı. Əsl vətənpərvər idi. Əsl demokrat idi. Dərin zəkaya malik idi.

Nə yazıq ki, amansız xəstəlik onu aramızdan, sevənlərindən ayırdı, neçə-neçə arzuları yarımçıq qaldı. Onun vaxtsız vəfatı onu tanıyan minlərlə insan üçün sarsıdıcı xəbər oldu.

Zəfər bəy çox sevdiyi oğlu İlkinin toyunu, ən xoşbəxt gününü görmədən ayrıldı həyatdan.

Bircə təsəllimiz var ki, İlkin Zəfərli bu gün də aramızdadır, bizimlə çiyin-şiyinədir və biz hər gün onunla rastlaşanda onun simasında həm də Zəfər müəllimin gülümsər çöhrəsini görürük.

Allah sənə qəni-qəni rəhmət eləsin, Zəfər bəy.(Musavat)

www.yenicag.az

471
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv