“Zelenski hazırda artistlik edir” – Ukraynada sonun başlanğıcı YAXINLAŞIR

media-hightechnic-468x90

“ABŞ və Rusiya razılığa gəlsə, Rusiya-Ukrayna müharibəsi yayın sonuna, payızın əvvəlinə yekunlaşa bilər”.

Bu fikri avqustun 15-də Tramp-Putin görüşü, Zelenskinin nəticələri tanımayacağı ilə bağlı verdiyi bəyanat və müharibənin bundan sonrakı mərhələsini Yenicag.az-a dəyərləndirən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Şair Ramaldanov

Polkovnik bildirib ki, ABŞ geri çəkilsə, Ukraynanın dayanmaq ehtimalı çox aşağıdır:

“Hər şey Rusiya-ABŞ razılığından asılıdır. Əgər Rusiya ilə ABŞ Ukraynada gedən proseslərlə bağlı razılığa gəlsələr, Zelenskinin fikrini heç kim soruşmayacaq. Əgər ABŞ Ukraynaya yardımını tam dayandırsa, – hansı ki, Avropa İttifaqında da onsuzda bu məsələ ilə bağlı birlik yoxdur – Ukrayna üçün çox çətin olacaq. ABŞ Ukraynaya yardımı dayandırsa, bu digər ölkələrə də siqnal olacaq. Belə olanda isə Zelenskiyə heç nə qalmayacaq, ümumiyyətlə, hakimiyyətdə Zelenskinin olub-olmaması da sual altında olacaq”.

Onun sözlərinə görə, hər kəs bu gün Ukraynanın vəziyyətini bilir:

“ABŞ-nin mövqeyi həlledici rol oynayır. ABŞ Rusiya ilə razılığa gəlsə, Ukrayna müharibəni öz təkbaşına apara bilməz. Ona görə ki, koalisiya dəstəyindən istifadə edərək, əgər Rusiyanı saxlaya bilməyiblərsə, dəstəksiz, ümumiyyətlə, saxlaya bilməyəcəklər. ABŞ-Rusiya razılığını Zelenski qəbul etməsə, onu hansısa yolla hakimiyyətdən uzaqlaşdıracaqlar. Zelenski hazırda artistlik edir, deyir, tanımayacağam, qəbul etməyəcəyəm. Hamı bilir ki, Zelenskinin sözündən başqa imkanları yoxdur”.

“Məntiq üstündə qursaq, Rusiya getdikcə irəliləyir. Rusiyanın irəliləməsini heç kim saxlaya bilmir. Ukrayna nə vaxt və harada Rusiyanın irəliləməsini masa arxasında dayandırsa, bu. Ukrayna üçün xeyirdir. ABŞ Rusiya ilə razılığa gəlsə, Rusiya-Ukrayna müharibəsi yayın sonuna, payızın əvvəlinə yekunlaşa bilər”, – deyə o, fikirlərin yekunlaşdırıb.

Səxavət Məmməd

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa