Zelenski masadan kənarda QALDI – “Ayın 15-də çox şeyə aydınlıq gələcək”

media-hightechnic-468x90

“Avropanın tam şəkildə Ukraynanı silahla təmin etməyə, dəstəkləməyə gücü çatmayacaq”.

Bu fikri Putinlə Tramp arasında keçiriləcək görüş, ABŞ-nin Ukraynaya yardımı tamamilə dayandırması və bundan sonrakı prosesləri Yenicag.az-a şərh edən hərbi ekspert Rövşən Məhərrəmov deyib.

media-rovsenmeherremov

Onun sözlərinə görə, Ukrayna üçün proses çətinləşəcək:

“Zelenski açıq şəkildə bildirdi ki, Krım da daxil olmaqla bir metr belə ərazilərindən imtina etməyəcəklər. Ancaq Tramp qeyd etdi ki, bəzi yerlərdə torpaq güzəştinə getmək lazımdır. ABŞ NATO dövlətlərini satır və ola bilsin ki, Vaşinqton maliyyə dəstəyi göstərməsin, birbaşa Avropa vasitəsi ilə silah satsın. Ukrayna üçün çətin olacaq, ancaq, əgər Kiyev özü orta və uzaq mənzilli silahlar istehsal etməsə, onun üçün çox acınacaqlı səhnə yarana bilər. Avropanın da o qədər gücü yoxdur ki, Ukraynaya lazımı qədər yardım etsin. ABŞ istehsalı olan silahlar çox bahadır. “Patriot”un biri elə 1 milyard dollardır. Onun mərmilərinin qiyməti isə yarım milyondur. Avropanın tam şəkildə Ukraynanı silahla təmin etməyə, dəstəkləməyə gücü çatmayacaq”.

“Zelenski bildirir ki, Tramp və Putin arasındakı görüşə o da getməlidir. Ancaq gördüyümüz kimi Zelenskini o görüşə dəvət etmirlər. Birinci görüş Alyaskada, ikinci görüş isə Rusiya ərazisində baş tutacaq. Ukraynanın insan resursu barədə də problemlər var. Hətta Qərbdə Avropaya qaçan ukraynalılardan ibarət ordu yaratmaq istədilər, bu da baş tutmadı. Güman edirəm ki, ayın 15-də çox şeyə aydınlıq gələcək”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Səxavət Məmməd

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa