Zelenski Qara dənizdə altı gəminin vurulduğunu TƏSDİQLƏDİ

media-hightechnic-468x90

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Müdafiə Qüvvələrinin Qara dəniz akvatoriyasında Rusiyanın “kölgə donanması”na aid iki tankerə və dörd quru yük gəmisinə zərbələr endirdiyini təsdiqləyib. O, həmçinin Moskva regionunda logistika obyektlərinə və neft bazasına yeni zərbələr endirildiyini bildirib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bazar ertəsi özünün “Telegram” kanalında paylaşım edən dövlət başçısı bu əməliyyatlara görə Ukrayna hərbçilərinə minnətdarlığını bildirib:

“Uzaqmənzilli məhvetmə vasitələrimizin logistika obyektlərinə və neft bazasına yönəlik hücumlarımızın nəticələri var. Pilotsuz Sistemlər Qüvvələrinin, kəşfiyyatın, raket qoşunları və artilleriyanın, həmçinin Xüsusi Əməliyyat Qüvvələrinin döyüşçülərinə təşəkkür edirəm. Hədəflərə qədər sərhədimizdən məsafə 400 kilometrdən çox olub. Eyni zamanda Qara dəniz akvatoriyasında “kölgə donanması”nın iki tankeri və dörd quru yük gəmisi də vurulub”./oxu.az/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05